1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündə aksiya təşkil edilmişdir

Respublika Təhsil Şurası və EDUXEBER.AZ saytının təşəbbüsü ilə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə yardım aksiyası keçirilmişdir. Aksiyaya eyni zamanda, Çinar Yayımları Nəşriyyatı, EDUGRATA Təhsil Şirkəti, OYAL Şirkəti və Bakı şəhəri 271 saylı orta məktəbin müəllimləri də qoşulmuşlar. İlk olaraq Nərimanov rayonu, Ə.Əliyev 36 ünvanında yerləşən yataqxanada məskunlaşmış 12 şagirdə məktəbli ləvazimatları çatdırılmışdır. Hədiyyə bağlamalarına Çinar Yayımları nəşriyyatının nəfis tərtibatlı məhsulları, EDUGRATA Təhsil Şirkətinin sınaq imtahanları toplusu, OYAL Şirkətinin məhsulları və bir sıra vətənpərvər tərbiyəli bədii kitablar əlavə edilmişdir. Pandemiya müddətində əyani təhsildən uzaq qalan məktəblilərin, azyaşlı uşaqlqarın təhsilə marağını artırmaq, bu müddətdə biliklərini də təkmilləşdirmək üçün sınaq imtahanlarının kitabçaları da təqdim edilmişdir.
Aksiyanın həyata keçirilməsində dəstəy olan hər kəsə, xüsusilə Çinar Yayımları Nəşriyatına, EDUGRATA Təhsil Şirkətinə, OYAL Şirkətinə, Respublika Təhsil Şurası kollektivinə, 271 saylı məktəbin fəal müəllimlərinə təşəkkürümüzü bildiririk.
Hədiyyələri məktəbli balalarımıza Respublika Təhsil Şurasının sədri, professor Hikmət Əlizadə və Nəzarət Təftiş Komissiyasının sədri Arif Gürşadoğlu təqdim etmişlər.
Aksiya qarşıdakı günlərdə də davam edəcək.