9-cu sinif buraxılış imtahanı iyunda olacaq

“İyun ayının əvvəlində respublika fənn olimpiadalarının final mərhələsi təşkil olunacaq.

Eduxeber.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov deyib. 

DİM rəhbəri Məleykə Abbaszadə bildirib ki, karantində olan 3 ay ərzində 15 imtahan təxirə salınıb: “İyun ayında 9-cu sinif üzrə buraxılış imtahanları bir mərhələdə keçiriləcək. Martın 1-də Bakı, Şirvan və Naxçıvanda imtahan keçirilmişdi. Digər bölgələr üzrə şagirdlər yalnız ikinci mərhələdə iştirak edəcək. Bu mərhələ üzrə maksimum bal hər fənn üzrə 70 deyil, 100 bal hesablanacaq. Bir auditoriyada 12-15 şagird olacaq”.