Abuzər Xələfov vəfat etdi

Azərbaycan milli kitabxanaşünaslıq elminin banisi, Bakı Dövlət Universitetinin fəxri professoru, tarix elmləri doktoru, professor Abuzər Xələfov vəfat edib.

Eduxeber.az Report-a istinadən xəbər verir ki, A.Xələfov gecə saatlarında 89 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Abuzər Xələfov 1931-ci ildə Göyçə mahalının Cil kəndində anadan olub. 1950-ci ildə Göyçənin Toğluca kəndində orta məktəbi bitirdikdən sonra indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsinin kitabxanaşünaslıq və biblioqrafiya şöbəsinə daxil olub.

A.Xələfov ali təhsilini başa vuran il BDU-da müəllim saxlanıb. 1962-ci ildə A.Xələfovun fəal iştirakı ilə BDU-nun Kitabxanaçılıq şöbəsi müstəqil Kitabxanaçılıq fakültəsinə çevrilib, o, bu fakültənin ilk dekanı olub və 25 il bu vəzifədə səmərəli fəaliyyət göstərib. 1963-cü ildən Kitabxanaşünaslıq kafedrasının müdiri olub.

Xatırladaq ki, A.Xələfov Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfovun qardaşıdır.

Allah rəhmət eləsin!