Ağdam rayon Təhsil Şöbəsi hansı qanunlarla idarə olunur?

EDUXEBER.AZ-a Ağdam rayon Təhsil Şöbəsində baş verən hadisələr haqda çox maraqlı müraciət daxil olub.

Son illər ölkəmizdə bütün sahələrdə olduğu kimi, təhsilimizdə də aparılan islahatlar, görülən işlər, uğurlar göz önündədir. Artıq Təhsilimizdəki uğurlar tək ölkə daxilində deyil, eləcə də dünyanın inkişaf etmiş ölkələrində də hiss olunmaqdadır.

Belə bir vaxtda Ağdam rayon Təhsil Şöbəsində baş verənlərin izahı çox çətindir. 2015-ci ildən Təhsil Şöbəsinə müdir təyin olunan Mətanət Misirxanovanın “xidmət”ləri sayəsində Ağdam təhsilinin qara günləri başlayıb.

Saytımıza ünvanlanan müraciətdə bir neçə maraqlı məqamı diqqətinizə çatırırıq. Eyni zamanda bildiririk ki, bütün bu faktlar açıq qanun puzuntusu və cinayət əməlidir.

Bir zamanlar təhsilimizin bəlası olan “papka məktəb”lər xəstəliyi Ağdamda yenidən geniş yayılmağa başlayıb. Belə ki, rayon Təhsil Şöbəsinin bilavasitə qazanc mənbəyi olan 5 saylı, 93 saylı, 94 saylı, 34 saylı, 19 saylı “məktəb”lər xüsusi imtiyazlarla “fəaliyyət göstətir”. Qeyd edilən məktəblərin şagird sayı 10-45 arası dəyişir.

Təhsil şefinin bilavasitə şəxsi əlaqələri əsasında Əmirova Səbahət Vəzirxan qızını, Quliyeva Şövqiyyə İsfəndiyar qızını, Quliyeva Sevinc Kəriş qızını, Mirzəyev Əkrəm Oruc oğlunu direktor təyin elətdirə bilib. Ancaq adları sadalananlar dirketorların işə qəbulu imtahanından tələb olunan keçid balını toplaya bilməmişlər. Hətta bəziləri imtahanda da iştirak etməmişlər. Təhsil şöbəsinin müdiri bundan da “çıxış yolu” taparaq, ardıcıl 3 dəfə imtahanda tələb olunan balı yığa bilməmələrinə baxmayaraq, onları müqavilə ilə direktorəvəzi kimi işə qəbul etmişdir.

Digər bir məsələ isə açıq cinayət tərkibli işdir (yəqin ki, bu məsələ də çox ciddi araşdırılacaq). Belə ki, 2015-ci ilin dekabr ayı üçün Ağdam rayon məktəblərinə 197780 saylı qaimə-faktura əsasında dizel yanacağının verilməsi ilə bağlı sənəddir. Mətanət Misirxanovanın imzası olan Qaimə-Fakturada dünasını dəyişmiş məktəb direktorlarının adına 800-1000 litr aralığında yanacaq yazılaraq şəxsi mənafeyi üçün istifadə edilmişdir.

Ağdam rayon Təhsil Şöbəsinin müdiri olan Mətanət Misirxanovanın əməlləri bununla da bitmir…

ARDI OLACAQ.

Qarşı tərəfin də fikirlərini işıqlandırmağa hazırıq.