Aprelin 27-dən bu sahələrdə iş bərpa olunur – Siyahı

Aprelin 27-si, saat 00:00-dan etibarən Azərbaycanda “ASAN Xidmət” Mərkəzlərində vətəndaşların qəbulu ASAN mobil tətbiqi, internet saytı və çağrı mərkəzləri vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlayır. 

Eduxeber.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, aşağıda qeyd edilən iş və xidmət sahələrində fəaliyyət bərpa olunur: 

  • fərdi tədris və repetitor xidmətləri (qrup halında məşğələlər istisna olmaqla)
  • kitab satışı
  • qəzet satışı
  • dəftərxana mallarının satışı
  • çap və sürətçıxarma fəaliyyəti
  • fotoatelye/fotostudiyalar
  • fərdi mənzillərdə təmizlik xidmətləri
  • dərzi xidmətləri
  • kosmetika və ətriyyat satışı
  • geyim satışı
  • ayaqqabı və dəri məmulatlarının satışı
  • qızıl, digər bəzək əşyalarının satışı və lombard fəaliyyəti
  • mobil cihazların, ehtiyat hissələrinin və aksesuarlarının satışı və təmiri
  • kompüter avadanlıqlarının satışı və təmiri
  • elektronika və məişət texnikasının satışı
  • mebel satışı
  • avtomobil satışı
  • kimyəvi məhsulların satışı
  • gül və bitki məhsullarının satışı
  • kənd təsərrüfatı texnikasının, ehtiyat hissələrinin və avadanlıqlarının satışı
  • gübrə və aqrokimyəvi məhsulların satışı