“Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” İctimai Birliyinin təhsil iştirakçılarına, yerli icmalara və əhaliyə Müraciət – çağırışı.

Əziz həmvətənlər, dəyərli vətəndaşlarımız. Karantin rejiminin öncə adi, xüsusi, daha sonra yumşaldıcı formada tətbiqi hamının normal həyata qaytarılması, xəstəliyin yayılmasının qarşısının alınması, əhalinin sağlamlığı məqsədilə tətbiq edilmişdir. Bu səbəbdən hətta, təhsil prosesi də dayandırılmış, təhsil sektoru bundan çox ciddi əziyyət çəkmiş, bu uşaqlarımızın bilik səviyyəsinə, keyfiyyətli təhsilalma hüquqlarına, yuxarı sinif şagirdlərinə və tələbələrə ciddi təsir göstərmişdir. Bütün bu risklərə sağlamlığı hər şeydən üstün tutmaq hədəfi ilə gedilmisdir.
Lakin təəssüf olsun ki, bu günki davranışlarımız, etinasizligimiz, laqeydliyimiz tezliklə bu bəladan qurtulmağa deyil, yoluxmanın artırılması və qadağaların sərtləşməsinə səbəb ola bilər.
Minlərlə insan evdə oturub, bütün çətinliklərə baxmayaraq tezliklə bu müddətin bitməsini, heç olmasa yay istirahətinə getməsini arzulayır. Lakin bir qrup dözümsüzlük göstərən, karantin qaydalarına məhəl qoymayan, maskasiz, əlcəksiz şəkildə şəhərin mərkəzi küçələrində gəzən məsuliyyətsiz insanların ucbatından minlərlə insan daha çox əziyyət çəkməyə məhkum olunur. Yeni tikili binaların önündə valideynlər uşaqları başsız qoyaraq, maskasiz həyətə oynamağa göndərir, onlarla uşaqların səs-küyü məhləni bürüyür. Bütün bu etinasızlıq karantinin az müddətə sərt nəzarətlə başa çata bilməsi mümkün olduğu halda, daha da yumşaldılaraq uzun müddətə davam etdirilməsi ilə davam edir. Bu görülən tədbirlərin efffektliyini azaldır, yoluxanların sayı artır, bütün əziyyət heçə endirilir. Əgər siz iyun, iyul, avqust aylarının da belə evdə keçirmək məcburiyyətində qalmaq istəmirsizsə gəlin küçələrdə bu gediş-gəlişi yığışdıraq. Nəzarətsiz vaxt uzatmaqla yoluxucu xəstəliyin qarşını almaq mümkün olan şey deyil. Yalnız vaxtı qısaldıb ciddi sərt tədbirlərlə xəstəlik mənbələrini neytrallaşdırmaq olar ki, bundan sonra kütləvi fəaliyyətlərin də qorxusu olmaz.
Bir daha bütün əhaliyə müraciət edərək xahiş edirik ki, heç olmasa mayın 31-dək səbr edək, dözüm və məsuliyyət nümayiş etdirək, gediş- gəlişi yigisdiraq, gigiyenik qaydalara, karantin şərtlərinə əməl edək ki, ayın ortasından bu məhdudlaşdırıcı qadağalardan azad olaq. Minlərlə insan yay istirahətini səbirsizliklə gözləyir, minlərlə insan evinə çörək aparmaq üçün fərdi işdə fəaliyyətini bərpa etmək istəyir. Minlərlə ailənin gözü adi azuqələrdə qalib. Gəlin bir qrup insana görə əksər vətəndaşlarımızın hüquqlarını pozmayaq. Bir-birimizə anlaşıqlı yanaşaraq birgə bu vəziyyətdən az itkilərlə çıxaq, xəstələnmiş ailələrin sayını artırmayaq.
Bir daha hər birinizə müraciət edərək karantin qaydalarına əməl etməyə, 31 mayadək səbr göstərib küçələrə çıxmayaraq, karantinin ləğv olunması üçün birgə məsuliyyətimizlə normal şərait yaratmaga çağırırıq.
Qaydalara əmək edək ki, karantin də tez bitsin.
Allah xalqımızı qorusun.