Bakı sakinlərinə xəbərdarlıq: Sabah küçəyə çıxmayın – Səbəb

Sabah, aprelin 18-də Bakıda hərəkətin intensivliyinə və sıxlığına uyğun olaraq mütəxəssislərin tövsiyələri əsasında seçilən, şəhər əhəmiyyətli 150-dən artıq əsas küçə və prospektlərdə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

EDUXEBER.AZ xəbər verir ki, bu barədə Report-a paytaxtın kommunal strukturlarından məlumat daxil olub.

Bununla əlaqədar sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.