BDU -da “GƏLƏCƏYİN ALİMLƏRİ” virtual elmi konfrans keçiriləcək

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin təşkilatçılığı ilə

12-13 may 2020-ci il tarixlərində Ümummilli Lider Heydər Əliyevin

anadan olmasının 97-ci ildönümünə həsr olunmuş

“GƏLƏCƏYİN ALİMLƏRİ”

MÖVZUSUNDA

TƏLƏBƏLƏRİN V RESPUBLİKA VİRTUAL ELMİ KONFRANSI keçiriləcəkdir.

Elmi konfrans Microsoft Teams platforması üzərindən onlayn formatda olmaqla saat 12:00-da başlayacaqdır.

Virtual elmi konfransda iştirak etmək istəyən şəxslərin 10 may 2020-ci il saat 17:00-dək eshukurov@bsu.edu.az ünvanına müraciət etməsi xahiş olunur.