Biləsuvarda Mübariz İbrahimov adına Ev muzeyi tikildi

Biləsuvar rayonunun Əliabad kəndində Milli Qəhrəman Mübariz İbrahimovun adına Ev muzeyi tikilib.

Eduxeber.az “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bir müddət qabaq tikintisinə başlanılan Ev Muzeyi istifadəyə tam hazırdır.

Muzeyin yaxın vaxtlarda açılışı gözlənilir.