“Bu semestr qaib limiti aradan qaldırılıb”

“Cari semestrdə ali məktəblərdə tələbələr üçün qaib limiti aradan qaldırılıb”. 

Bunu Təhsil Nazirliyinin sektor müdiri Yaşar Ömərov mətbuat konfransında deyib. Sektor müdiri bildirib ki, bu və digər məsələlərlə bağlı ali məktəblərə müvafiq təlimatlı məktublar göndərilib:

“Ənənəvi şəraitdə tələbə semestr ərzində 25%-dən çox dərsləri buraxırdısa, o, imtahanda iştirak hüququnu itirirdi. Müvafiq vəziyyəti nəzərə alaraq həmin hədd aradan qaldırılıb. Hazırda bu məsələ ali məktəblərin ixtiyarına verilib. Onlar müddəti artıra və ya azalda bilərlər”.