Cəsarət Valehov: “Virtual məktəb” layihəsinə qoşulmayan müəllimlərə maaş verilməyəcəyinə dair məlumatlar yanlışdır

Təhsil Nazirliyi “Virtual məktəb” layihəsinə qoşulmayan müəllimlərə maaş verilməyəcəyinə dair məlumatlara münasibət bildirib. 

EDUXEBER.AZ Mektebgushesi.az-a istinadən məlumat verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib ki, belə məlumatların heç bir əsası yoxdur: “Verilən bütün qərarlar Təhsil Nazirliyinin rəsmi internet resursları vasitəsilə yayımlanır”. 

Qeyd edək ki, bəzi məktəb durektorları tərəfindən “Vurtual məktəb” layihəsinə qoşulmağın məcburi olduğuna və bu layihə vasitəsilə dərs keçməyən müəllimlərə maaş verilməyəcəyinə dair bildiriş göndərilib.