II və III qrup qəbul imtahanlarının nəticələri elan edildi

Dövlət İmtahan Mərkəzi tərəfindən II və III ixtisas qrupları üzrə 13-14 avqust 2020-ci il tarixlərində keçirilmiş qəbul imtahanlarının nəticələri elan edilib.

EDUXEBER.AZ xəbər verir ki, imtahanda iştirak edən abituriyentlər imtahan nəticələri, “cavab kartı” və “cavab vərəqi”nin qrafik təsvirləri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış ola bilərlər. 

İmtahan nəticələri ilə https://eservices.dim.gov.az/2020/netbak/?frm=egov linkində tanış ola bilərsiniz.

Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 36840 abituriyentdən 2395 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən  abituriyentlərdən 8 nəfəri qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

İmtahanda II ixtisas qrupu üzrə ən yüksək nəticəni 394.3 bal toplayan Sumqayıt şəhəri, Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu Murad Mustafazadə göstərib. O, hər iki mərhələnin cəminə görə  688.4 bal toplayıb və bu nəticə II ixtisas qrupu üzrə ən yüksək baldır. 

Murad eyni zamanda bir neçə xarici Universitetlərə də qəbul olub.

EDUXEBER.AZ olaraq Murad Mustafazadəni, onun valideynlərini və müəllimlərini təbrik edirik!