İmişli Rayon Təhsil Şöbəsinin təşəbbüsü ilə qanvermə aksiyası keçiriləcək

İmişli Rayon Təhsil Şöbəsindən daha bir nümunəvi addım!

Xəbər verdiyimiz kimi 10 aprel 2020-ci il tarixdə İmişli Rayon Təhsil Şöbəsi tərəfindən rayonda yaşayan Qarabağ müharibəsi veteranlarına, əlillərinə və şəhid ailələri üzvlərinə gündəlik tələbata uyğun olaraq ərzaq bağlamaları paylanmışdır.

Eduxeber.az xəbər verir ki, İmişli rayon Təhsil Şöbəsi tərəfindən daha bir nümunəvi addım atılacaqdır.

QANVERMƏ AKSİYASI KEÇİRİLƏCƏKDİR!

İmişli Rayon Təhsil Şöbəsinin təşəbbüsü ilə qanvermə aksiyasının keçirilməsi nəzərdə tutulur. Qanvermə aksiyası 01 may 2020-ci il tarixində saat 10:00-da İmişli Rayon Mərkəzi Xəstəxanasında təşkil olunacaqdır. Könüllü olaraq kim bu aksiyada iştirak etmək istəyirsə müraciət edə bilər. Müraciət edənlər əvvəlcədən qeydə alınmalıdır ki, aksiyada iştirak edənlərin neçə nəfər olacağı bilinsin. Aksiyaya qoşulmaq istəyənlər İmişli rayon Təhsil Şöbəsinə müraciət edə bilər.