KORONAVİRUS XƏSTƏLİYİ COVİD-19 MÜALİCƏSİNDƏ İSTİFADƏSİ NƏZƏRDƏ TUTULAN QAZANILMIŞ İMMUNİTET AMİLİ – ANTİTELLƏRİN ƏHƏMİYYƏTİ

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ən perspektivli müalicə metodlarının qiymətləndirilməsinə yönəlmiş Həmrəylik tədqiqatına start verilmişdir. Britaniya bildirib ki, onun apardığı Bərpa adlı sınaq tədqiqat işi dünya boyu aparılan belə işlərin ən böyüyüdür və 5000-dən çox xəstə artıq bu tədqiqatda iştirak edir. Dünya üzrə çoxsaylı tədqiqat mərkəzləri xəstəlik keçirib sağ qalanların qanından müalicə vasitəsi kimi istifadə etməyə çalışır. Azərbaycanda baş infeksionist TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı hesab edir ki, yeni növ koronavirusun müalicəsi üçün lazımi dərman vasitələri olmadığı üçün plazma köçürülməsindən istifadə edilir. COVİD-19 təzə xəstəlikdir. Onun müalicəsi üçün lazım olan dərman vasitələri hələlik yoxdur. Ona görə plzama köçürülməsi metodu ən doğru addımdır. Bundan əvvəl də plazma köçürülməsi Azərbaycanda tətbiq olunub. Türkiyədə plazma köçürülən koronavirus xəstələrində yaxşılaşma müşahidə olunub. Bu metod bir çox infeksion xəstəliklərdə də tətbiq olunur. COVİD-19 infeksiyası ilə mübarizədə hazırda üç geniş yanaşma tədbiq olunur:

  1. Koronavirusun bədən daxilində inkişaf etmək qabiliyyətinə birbaşa təsir edən antivirus dərmanı.
  2. İmmun sistemini sakitləşdirə bilən dərmanlar – immun sistemi virusa həddindən artıq reaksiya verəndə bu, orqanizmə zərərli təsir göstərməyə başlayır və nəticədə, xəstənin sağlamlıq durumu ağırlaşır.
  3. Virusu hədəfləyən antiteller – onlar ya xəstəlik keçirib sağ qalmış pasiyentlərin qanından götürülür və ya laboratoriyada hazırlanır.

Sağ qalanların qanı koronavirusu müalicə edə bilərmi? İnfeksiyaya yoluxmuş və sağ qalan insanların qanında virusa hücum edə bilən antitellər olmalıdır. İdeya ondan ibarətdir ki, qan plazmasını (antitellər içində olan qanın maye hissəsi) götürülüb müalicə olunan xəstəyə dərman kimi vurulur. ABŞ-da artıq 500 xəstəni koronovirusdan “sağalanların plazması ilə” müalicə ediblər və digər ölkələr də bu üsulu tətbiq etməyə başlayıblar.

Virusu hədəfləyən antitellərə immunoglobulin də deyilir, bunlar immun sistemi tərəfindən çıxarılan zülallardır. Antitellər xarici maddə hesab etdikləri maddələri özlərinə çəkərlər və yox edərlər. Bu aşağıdakı şəkildə olur.

1) Bir antigen xarici hesab edildiyi zaman, immun hüceyrələri bu antigenə uyğun olan antitellər çıxarır.  2) Bu antitel antigenə gedərək ona yerləşir və antigen-antitel kompleksi ortaya çıxır. 3)Antigen-antitel kompleksi daha çox zülal maddəsinin aktiv hala gəlməsini təmin edir. Beləcə xarici maddə daha qısa zamanda təxrib olur.4) Əgər antitellər antigenləri yox edə bilmirsə, o zaman xüsusi siqnallar göndərər və bu siqnallara görə uyğun olaraq xüsusi hüceyrələr çıxarır və bunlar antigenləri zərərsiz hala gətirir. Qan qrupuna görə antigenlərdə fərqli olur. Qan nəqli əsnasında qırmızı qan hüceyrələri (eritrositler), bədənin öz qırmızı qan hüceyrələrinə uyğunlaşma göstərməzsə, immün sistemi tərəfindən qan xarici maddə hesab edilir və alınan qanı antitellər korlayır. Antitellər(immunoqlobulinər)immun zərdabın zülallarından ibarət olub, spesifik antigenin təsirindən yaranır və onunla birləşmə xassəsinə malikdir. Antigenlər (yunan dilindən “anti” – əks və “genes” – doğan) – orqanizm üçün yad cisim olub, özünə qarşı spesifik immun reaksiyası yaradan maddələrdir. Bu reaksiyanın nəticəsi kimi orqanizm tərəfindən anticisimlər sintez olunur. Antigenlər və antitellər həm in vitro, həm də in vivo daxilində bir-birinə qarşılıqlı təsir etmək qabiliyyətinə malikdirlər. Canlı orqanizmlərin bütün makromolekulyar komponentləri antigen xüsusiyyətinə malikdir. Antigenlər müəyyən bir növün bütün fərdləri, yaxud bu növün müəyyən bir qrupunun bəzi fərdləri üçün ümumi ola bilər. İmmun reaksiyası yaratmaq qabiliyyəti və yaratdığı reaksiyaların forması (antitel yaratmaq, hüceyrə immuniteti, allergiya və s.) fərqli ola bilər. Antigenlər yalnız, onların öz təsiri altında yaranmış anticisimlərlə birləşə bilir.Antigenlər yad cismlik dərəcəsindən, kimyəvi təbiətindən (zülal, yaxud polisaxarid), dozasından və orqanizmə hansı formada daxil olmasından və s.-dən asılıdır. Antigenlərin yad cisim təbiətinin təyini, onun “özününkü”, yaxud “özgəninki” olmasını müəyyənləşdirmək canlı orqanizmlərə məxsus universal xüsusiyyətlərdən biridir. Bu xüsusiyyət orqanizmlərin tamlığını qoruyur. Əks halda yaşamaq qeyri-mümkün olardı. Canlı varlıqlara xas antigenlər müxtəlifliyinin mövcudluğu hər bir növün bioloji fərdiliyini müəyyən edir. Antigenlərin müxtəlifliyi sonsuzdur. Belə ki, təkcə məməlilər sinfi daxilində 106-dan çox antigenlər müxtəlifliyi mövcuddur. Antigenlərin növ, yaxud qrup mənsubiyyətinin təyini infeksion xəstəliklərin diaqnostikasında, qan köçürmədə, məhkəmə təbabətində geniş istifadə olunur. Vaksinlərin və zərdabın hazırlanması işində müdafiə antigenlərinin təyini, sintezi və s. çox mühüm rol oynayır. Antigenlər yad yaxud toksik təsirə malikdirlər ki,onlar orqanizmə ilk dəfə daxil olduğu zaman buradakı spesifik və həmin antigenlər üçün cavabdeh olan anticisimlərlə birləşirlər. Ümumilikdə onlar orqanizmdə immunoloji cavabı təmin edirlər. Hər bir anticisimdə antigen birləşdirən sahə mövcüddur. Əgər orqanizm antigenlə məs:mikrobla ilk dəfə qarşılaşarsa bu vaxt ona qarşı immun sistemi tərəfindən 4 – 5 gün müddətində davam edən immunoloji cavab reaksiyası yaradılır. Buna ilkin immunoloji cavab deyilir. Antigenə qarşı yaradılan immunoloji reaksiyanın intensivliyi onun oqrqanizmə daxil olmuş miqdarı ilə düz müntənasibdir. Antigen çox olduqda onun müvafiq klonların hüceyrələri hüceyrələri tərəfindən tutulma ehrtimalı da çoxalır. Orqanizmə antigenləri parenteral (əzələarası, dərialtı, dəriüstü) yolla tətbiq etdikdə immun cavab və immunoloji reaktivlik daha sürətlə yaranır və antitellərin titri yüksək olur. Çünki antigen orqanizmə alimentar yolla daxil olduqda həzm fermentlərinin (amilolitik, proteolitik, lipolitik) təsirindən o parçalanır və antigenlik xassəsinə malik olmayan birləşmələrə (peptonlar, albumozlar, amin turşuları) parçalanır. Güclü antigenlər böyük molekul kütləsinə 40 000 daltondan artıq kütləyə malikdir, zəiflərdə isə həmin göstərici çox aşağı olur. Antitellər praktiki olaraq qan serumunun qammaqlobulin fraksiyası ilə identikdir. İmmunoqlobulinlər həm plazmada, zərdabda, həm də digər bioloji mayelərdə limfa, süd, xüsusilə ağız südündə, onurğa beyin mayesində, müxtəlif sekretlərdə və iltihab məhsullarında müşahidə edilir. Antitel orqanizmə daxil olan antigen molekulunun yalnız müəyyən sahələrinə və onun determinantına qarşı sintez olunur və onunla spesifik reaksiyaya girir. Orqanizmin yoluxucu (infeksion və invazıon) xəstəliklərin törədicilərinə və genetik cəhətdən yabanı (yad) olan maddələrə qərşı spesifik müdafiə reaksiyasının ən başlıca amili məhz antitellər sayılır. Onlar orqanizmin patogen amillərlə yoluxması (təbii immunizasiya) yaxud diri və inaktivləşdirilmiş vaksinlərlə immunizasiya (süni immunizasiya) zamanı əmələ gəlir. Limfoid sisteminin yad hüceyrələr və toxumalarla (transplantlarla) kontaktı zamanı, yaxud orqanizmin özünün zədələnmiş hüceyrələrinə qarşı autoantitellər sintez olunur. Təsir mexanizminə görə antitellər 3 qrupa neytrallaşdırıcı, lizis törədici və koaqulyasiya edici qrupa bölünür. Antitellər antitoksinlər, virus neytrallaşdırıcı antitellər və antifermentlər; həlledici (lizis törədici) antitellərə bakteriolizinlər, sitolizinlər, hemolizinlər; koaqulyasiyaedici qrupa isə presipitinlər (antigenlə birləşdikdə çöküntü əmələ gətirən), aqlyutininlər (mikrob və s.) antitellər aiddir. Onların orqanizmin ən əsas müdafiə amili olmasına baxmayaraq, bəzən patogen effekt (infeksion xəstəliklər zamanı mürəkkəbləşmələr), autoimmun və atopik xəstəliklər, anafılaksiya və s. əmələ gətirir. İnfeksion xəstəliklərin törədicilərinə qarşı müdafiə funksiyasını yerinə yetirməsinə baxmayaraq, presipitinləşdirici antitellərdən başqa onun bu xassəyə malik olmayan növləri də vardır. Patogen agentlərlə müdafiə funksiyasından məhrum olan həmin presipinləşdirici antitellər allergiyalar törədir və reaginhr adlanır.

Beləliklə antitellərdən istifadə yalnız donor qanı labaratoryada yoxlanıldıqdan sonra xəsətəyə köçürülə bilər. Hər xəstəlik keçirmiş xəstənin qanı müalicəvi olmaya bilər, əksinə xəstəlik daşıyıcı kimi yeni xəstəlkilərə mənbə ola bilər. Məhz buna görə də xəstənin qanı laboratoriyada yoxlanıldıqdan sonra müalicəvi əhəmiyyət kəsb edə bilər.

 İbrahimova Aynur Məsim qızı

Naxçıvan Dövlət Universitetinin müəllimi,biologiya üzrə fəlsəfə doktoru