LƏYAQƏTLİ MÜƏLLİM ÖMRÜ

Müasir Azərbaycan dövlətinin bütün sahələrində olduğu kimi təhsilində də böyük uğurları, nailiyyətləri var. Ulu öndərimiz, müstəqil, demokratik ölkəmizin ümummilli lideri Heydər Əliyev demişdir: “İnsan təhsilinin əsasını orta məktəbdə alır. Əgər onun fundamental, köklü orta təhsili varsa, o, cəmiyyətdə özünə yer tapacaq, çalışacaq… cəmiyyətimizin şüurlu üzvü olacaqdır”.
Bu kəlamlarda çox böyük həqiqət var. Təhsilin əsası, bünövrəsi orta məktəbdə qoyulur. Təhsilin möhkəmlənməsi, sistemli şəkildə öyrədilməsi isə müəllimlərin üzərinə düşür.
Bütün peşələr gözəldir. Sevdiyin peşənin sahibi olmaq, onunla bağlı gör-düyün işlərin məsuliyyəti ilə yaşamaq daha gözəl, fəxr olunasıdır. İstər mühəndis, həkim, geoloq, jurnalist, arxeoloq, istərsə də fəhlə olsun, fərqi yoxdur. Hər bir insan əlifbanı bilməli, oxumağı, yazmağı bacarmalıdır. Bütün bunları isə bizə öyrədən, ana, Vətən kəlmələrini əlimizdən tutub yazdıran, ətraf aləm haqqında düzgün istiqamət verən, mükəmməl biliyə malik müəllimlərdir.
Müəllim! Bu adı daşımaq, ona layiq olmaq, həqiqətən çox yüksək və şərəflidir. Ziyalı təbəqənin formalaşması müəllimlərdən asılıdır. Müəllim öz biliyini şagirdlərinə aşılamalı, onları düşündürməli, dərslə bağlı hər hansı problemin həll olunmasında şagirdləri sərbəst buraxmalı, elmə gedən yolların açılmasında müntəzəm iştirak etməlidir.
Hansı xalqın ziyalısı çoxdursa, irəliləyiş, yüksəliş, tərəqqi də onundur. Elm və texnikanın inkişaf etdiyi bir dövrdə yaşayırıq. Ona görə də müəl-limlər daim axtarışda olmalı, yeniliklərlə addımlamalı, savadlı şəxsiyyətləri formalaşdırmağa qadir olmalıdırlar.
Müəllimlik o qədər müqəddəs bir peşədir ki, çox məsuliyyət tələb edir. Həmişə yüksək dəyər verilən bir sənət olub. Hətta tarixi şəxsiyyətlər, dünyanı fəth edən fatehlər belə müəllim adına hörmətlə yanaşmış və qiymətlən-dirmişlər.
İnsan arzularla yaşayır. Arzusuz insan qanadsız quş kimidir. İnsanların arzularının gerçəkləşməsində müəllimlər xüsusi rol oynayır. Əsl müəllim sinfə girəndə öz problemini unudub, yalnız şagirdlərlə məşğul olmalı, həm əqidəsi, ağlı, səbirli olması, səliqəli, təmkinli, anlayışlı, sadə, təvazökar, qətiyyətliliyi ilə seçilməlidir.


Siması nurlu,
Zəkası iti.
Ədəb-ərkanı,
Həm əqidəsi
Əlçatmaz zirvə
İlk müəllimin.

Həyat yolunun
Eniş-yoxuşun
Öyrətdi bizə.
Zülmətdən nura
Qərq oldu dünya
Mehriban insan,
İlk müəllimin.


Laçın rayonunun Mişni kənd orta məktəbinin müəllimləri də əsl ideal müəllimlərdir. Məmmədov Vahid – direktor, müəllimlər Qarayev Ramazan, Qarayev Misir, Xanlarov Surxay, Aslanov Qənbər, Verdiyeva Töhfə, Heydərov Cavad, Fərzəliyeva Güleyşə, Heydərova Güllü, Nəcəfova Piyalə, Orucov Nurəli, Mirzəyev Ağca, Məmmədova Arifə, Kərimova Xalidə, Qa-rayev Elşad, Mirzəyeva Zemfira, Mirzəyeva Venera, Nəcəfquliyev Tahir, İbrahimov Varaşil, Alıyeva Mərziyyə, Heydərov Azad, Yusifova Güllər, Məmmədova Flora.
İbtidai sinif təhsilin bünövrəsini, özülünü təşkil edir. Heydərova Güllü, Fərzəliyeva Güleyşə, Qarayev Ramazan, Orucov Nurəli, Nəcəfova Piyalə şagirdlərin ilkin bilik-bacarıqlarını, qabiliyyətlərini elə inkişaf etdirirdilər ki, onlar məktəbə yalnız yaxşı oxumaq həvəsi ilə gəlirdilər. Hər bir şagirdin əlindən tutub yazı yazdırmaq, hesablamanı öyrətmək, bir çox bacarıqları formalaşdırmaq həqiqətən də fədakarlıqdır.
Söz açdığım müəllimlərin hər biri mənim üçün müqəddəs, unudulmayan ideal müəllimlərdir. Həmin məktəbdə işləmiş, əvəzedilməz olanlardan biri də ömrünün 58 ilini müəllimliyə həsr etmiş Mişni kənd orta məktəbinin metodist müəllimi Qarayev Ramazandır. Müəllim adının necə yüksək, məsuliyyətli olduğunu, bu sənətə vurğunluğu, sevməyi öyrətdiyi üçün həm müəllimim, atam Qarayev Ramazana və bütün müəllimlərimə minnətdaram. Onlara minnətdaram ki, Vətənimizə savadlı kadrların hazırlanmasında xüsusi rol oynamışlar.
Qarayev Ramazan 1933-cü ilin Ramazan ayında Laçın rayonunun Mişni kəndində kolxozçu ailəsində anadan olub. Atası İlyasov Məcid Qara oğlu kənd təsərrüfatının müxtəlif sahələrində, əsasən, əkinçilik sahəsində işləyib. Anası İlyasova Sayad Cəfər qızı evdar qadın olub. Anası güclü yaddaşa malik olub. Nağıllarımızı, bayatılarımızı çox gözəl bilirdi. Sovet dövründə kənddə yeganə qadınlardan idi ki, namaz qılır, oruc tuturdu. Ailədə bir qız (Qarayeva Sona) və dörd oğlan (Ramazan, Oruc, Misir, Rəhim) böyüyürdü. Belə bir vaxtda uşaqlara təlim-tərbiyə vermək, onları yedirtmək, geyindirmək çox müşkül məsələ idi. Belə çətin vəziyyətdə uşaqlara düzgün tərbiyə ver-mək, gələcəkdə yaxşı vətəndaş yetişdirmək hər valideynin işi deyildi. Məcid kişi övladlarını ədalətli olmaq, heç kəsin əmlakına göz dikməmək, namus və qeyrətlə yaşamaq ruhunda tərbiyə edirdi. Elə bu tərbiyənin nəticəsi idi ki, övladları heç kimin köməyi olmadan elin hörmətini qazandılar.
Qarayev Ramazan kiçik yaşlarından əməklə məşğul olmuşdur. Bütün sahələrdə ata-anasına kömək etmiş, belə ağır günlərdə həm işləyib, həm də oxumuşdur. O, 1939-1940-cı tədris ilində Mişni kənd ibtidai məktəbinin 1-ci sinfinə gedib. İlk müəllimi Qalaça kəndindən Şərəfxan müəllim idi. Dərs ləvazimatları yox dərəcəsində idi. O vaxt yazını kəndalaş adlı bitkinin toxu-mundan düzəldilmiş rənglə yazırdılar. 1-ci sinifdən 4-cü sinfə qədər sinif-dən-sinfə əla qiymətlərlə keçib. Əla oxuduğuna görə 1-ci sinifdən 3-cü sinfə, 3-cü sinifdən 5-ci sinfə keçiriblər. Məktəb sonralar yeddi illik olub. 7-yə qədər bütün sinifləri əla qiymətlərlə bitirib.
1949-cu ildə 7-ci sinfi əla qiymətlərlə bitirdiyinə görə onu Laçın Pe-daqoji Texnikumuna imtahansız qəbul ediblər. Dörd il Laçın Pedaqoji Texni-kumunda oxuyub. Oxuduğu müddətdə özünü işgüzar, tərbiyəli, məktəbin işlərində fəallıq göstərən bir tələbə kimi aparıb. Həmişə müəllimləri onu digər tələbələr üçün nümunə göstəriblər.
O, 1954-cü ilin yayında Məmmədov Vahidlə APİ-nin kimya-biologiya fakültəsinin qiyabi şöbəsinə imtahan verib qəbul olur. Yayda 1 ay oxuyur, 2 zaçot verir. 1954-1955-ci tədris ilində qiyabi oxuduqlarına görə öz işlərini davam etdirirlər. Oktyabr ayının 28-də onu ordu sıralarına göndərirlər. Əs-gərliyə getdiyinə görə institutda təhsili yarımçıq qalır. Əsgərlikdən gələnə kimi hökumətin qərarı ilə kimya-biologiya fakültəsi bağlanır. Həmin fakül-tədə təhsilini davam etdirə bilmir. 1959-cu idə APİ-nin pedaqogika və ibti-dai təhsilin metodikası fakültəsinə daxil olur, 1965-ci ildə isə təhsilini başa vurur.
1969-cu ildə Mişni kənd orta məktəbinə tədris işləri üzrə direktor müavi-ni təyin edilir. Həmin vaxt məktəbin direktoru Məmmədov Vahid idi. 1984-cü ildə Təhsil nazirinin əmri ilə Metodist müəllim fəxri adına layiq görülür.
İşlədiyi müddətdə həmişə məktəbin adı qabaqcıllar sırasında çəkilib. Həmin məktəbi bitirən yüzlərlə şagird ali və orta ixtisas məktəbini bitirərək müxtəlif sahələrdə fəaliyyət göstərirlər. Mirzəyev Fuad, Məmmədova Flora, Hüseynov Ərşad, İbrahimov Arif, Əsədov Hamlet, Məmmədova Təranə, İbrahimov Polad, Həsənov Fəzail, Həsənov Telman, Nadirov Pərviz və s. müxtəlif sahələrdə işlərini davam etdirirlər.
Məktəbin pedaqoji kollektivi bütün pedaqoji üsullardan istifadə edərək məktəbi rayon üzrə qabaqcıllar sırasına çatdırmışdır. Məktəbin belə inkişaf edib şöhrət qazandığı bir vaxtda Qarabağla bağlı hadisələrə görə işlər yarım-çıq qalır. Didərgin düşmüş məktəb Qaradağ rayonunun Sahil qəsəbəsindəki 253 №-li məktəbin bir hissəsində məskunlaşdı. Yenə kənddə olan müəllim-lərin əksəriyyəti bu məktəbdə fəaliyyətlərini davam etdirirlər. Məktəbin kənddəki öncüllüyünü burada da davam etdirirlər. Məktəbimiz yenə Laçın məktəbləri içərisində liderliyini saxlayır. Hər il məktəbimizin onlarla məzunu ali məktəblərə qəbul olaraq tələbə adını qazanır.
Prezidentimizin göstərişi və qayğısı sayəsində Ümid qəsəbəsində Laçın rayon 7 №-li tam orta məktəbi üçün müasir, bütün pedaqoji tələblərə uyğun məktəb binası tikdilər. Kollektivimiz öz ənənələrinə sadiq qalaraq pedaqoji fəaliyyətlərini davam etdirir.
Laçın Rayon Təhsil Şöbəsi məktəbimizə lazım olan bütün metodiki və pedaqoji cəhətdən lazımi köməkdarlıq edir. Pedaqoji kollektiv Laçın rayonunun icra başçısının köməyini həmişə öz üzərində hiss edir. O il olmaz ki, icra başçısı məktəbimizdə 3–4 dəfə olmasın. Pedaqoji kollektivə lazım olan köməyini edir və imkan daxilində tələblərini ödəyir.
Ramazan müəllimə sual verəndə ki, ən yaddaqalan şagirdləriniz kimlər olub; Bu sualı əsl pedaqoq kimi cavablandırdı. Bütün şagirdlərim yaddaqa-landırlar. Heç vaxt şagirdlər arasında ayrı-seçkilik qoymamışam. Onların qa-zandıqları uğurlara sevinmişəm. Uğursuzluq əldə edənlərə görə isə çox narahat olmuşam. Ən intizamlı şagirdlərinin bir neçəsinin adını güc-bəla ilə öyrəndim. Özünün həddən ziyadə təvazökar olmağı dərs dediyi şagirdlərdə də özünü büruzə verir. Hüseynov Şakir, İbrahimov Məmmədcəfər, Hüsey-nov Ərşad, İbrahimova Zemfira, Nəcəfova Rəfiqə, Mirzəyev Tofiq, Xan-larova Ziyafət əla oxumaqları və nizam-intizamları isə daima fərqləniblər.
Ramazan müəllim 2011-ci ildə yaşa görə təqaüdə çıxıb. Amma yenə La-çın rayon 7 №-li tam orta məktəbi ilə maraqlanır, onun fəaliyyətinin yüksək olması ilə həmişə fəxr edir. Əmindir ki, pedaqoji kollektiv uzun müddət qazanılan bu müvəffəqiyyəti bundan sonra da davam etdirəcək.
Ramazan müəllim və qardaşı Misir müəllim peşələrini o qədər sevirlər ki, hər ikisi təqaüddə olsa da, həmişə təhsillə bağlı yeniliklərlə maraqlanır, əsl müəllim adını qoruyub saxlayırlar. Misir müəllimin övladı Qarayeva Tamella çox böyük ustalıqla Azərbaycan dilinin sirlərini şagirdlərə öyrədir, atasının yolunu davam etdirir.
Peşələr içərisində bəlkə də ən çətini və şərəflisi müəllimlikdir. Müəllim ən vacib pedaqoji mərifətə malik olmalıdır. Müəllim təkcə sinifdə deyil, həyatın hər yerində müəllim olmalıdır. Pedaqoji mərifəti gözləməyən müəllimdən heç vaxt yaxşı pedaqoq olmaz. Pedaqoq bilməlidir ki, onun etdiyi hərəkət, danışdığı sözlər şagirdlərin gözü qarşısında olur. Ona görə də istər sinifdə, istərsə də sinifdən kənarda özünün bütün hərəkətlərinə fikir ver-məlidir. Müəllim bilməlidir ki, onun hərəkətləri şagirdlərin gözü qarşısında güzgüdəki kimi əks olunur. Bunu da şagirdlər əyani şəkildə görürlər. Müəllim bütün sahələrdə, geyimində, səliqəliliyində, davranışında, münasibətində şagirdlər üçün nümunə olmalıdır.
Hansı mütəxəssis işə başlayanda yaxşı işləyirsə, tapşırığı dəqiq yerinə yetirirsə, onun haqqında deyirlər ki, halal olsun sənə təlim və tərbiyə verən müəllimə. Müəllimlik peşəsini qəbul edən müəllim əmək haqqının çoxluğuna və azlığına görə deyil, peşəsinin adına görə daha yaxşı işləməlidir.


Ağarmış saçların zirvəyə bənzər,
O nurlu sifətin Günəşə bənzər.
Hər sözün, söhbətin qızıla bənzər,
Coşqun bir dənizə, ümmana bənzər
Müəllim həyatın, müəllim ömrün.

Elmlə ucaltdın müəllim adını,
Qorudun, qorudun məslək adını.
Yaşatdın daima bu amalını,
Coşqun bir dənizə, ümmana bənzər
Müəllim həyatın, müəllim ömrün.

Müəllimliklə bərabər hər işə canıyananlıqla yanaşıb. Təbiəti çox sevir. Kənddə meyvə bağı vardı. O ağaclara qulluq etməkdən zövq alırdı. Hər il bəlkə də həmin bağdan 1 tona qədər alma dərilirdi. Onun 1 kq-nı da satmazdılar. Zəhmətlə ev tikdirmiş, bağ salmışdı.
Ramazan müəllimin atası ona gözəl tərbiyə vermişdi. Bunun nəticəsi idi ki, o da atası kimi ailə başçısı oldu. Həyat yoldaşı Qüdrət xanımla 7 övlad: 2 oğul və 5 qız böyüdüb. Oğlu Qarayev Elşad idman müəllimi, qızları Mümkü-nat Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda, Nazənim 7 №-li tam orta məktəbdə psixoloq, Sayad ibtidai sinif müəllimi, Hürü geoloq, oğlu Elşən isə Səngəçal Terminalında işləyir.
Elşad Qarayevin göstərdiyi qəhrəmanlıqların sayı-hesabı yox idi. Laçın, Şuşa, Ağdam, Ağdərə uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Onun göstərdiyi qəhrəmanlıq ən çox Laçın rayonunun Hoçaz dağında gedən dö-yüşdə olub.
Oğlunun vaxtsız, faciəli surətdə həlak olması Ramazan müəllimə, onun ailəsinə ağır zərbə oldu. Elşad öz qəhrəmanlığı, qoçaqlığı, mərdliyi, vətən-pərvərliyi ilə seçilib. Ramazan müəllim fəxr edir ki, Elşad kimi oğul böyü-düb. Vətənə əsl qəhrəman kimi qulluq edib. Onun qəhrəmanlığı ailəsinə təsəllidir. Elşadın döyüş yolundakı igidliyi hamımızın baş ucalığıdır.
Ramazan müəllim çox təmkinli, səbirli və dözümlü adamdır. Övlad-larından oğlu Qarayev Elşadın, qızı Qarayeva Müşkülatın vaxtsız ölümü, hə-yatdan tez getmələri bir valideyn kimi onun da qəlbini parçalayır. Bütün bu dərdlərdən üstün vətən dərdidir. Yaşadığı, zəhmət çəkdiyi evə-eşiyə, girov qalan ata-babalarının qəbirlərinə, torpaqlarımıza qayıtmaq arzusu ilə yaşayır. Necə ki, kənddə 4 qardaş – Qarayev Ramazan, Oruc, Misir, Rəhim bir-birlərilə mehriban qonşu idilər, yenə Allahdan həmin mehribançılığı gənc nəsillərə arzulayır. Sizə Laçına tezliklə qayıtmağı, həmişə başımızın üstündə olmağınızı arzulayırıq.
Qayğıkeş bir ata, gözəl insan, savadlı müəllim olduğunuza görə qarşınızda baş əyir və minnətdarlığımı bildirirəm.

Sayad QARAYEVA,
Laçın rayon 7 №-li tam orta
məktəbin ibtidai sinif müəllimi