“Məktəbəqədər təhsil müəssisələrində mövcud yerlərin sayı tələbatı ödəmir”

Milli Məclisin bugünkü plenar iclasında İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) illik məruzəsi dinlənilib.

“EDUXEBER.AZ”-ın verdiyi xəbərə görə, Ombudsman Səbinə Əliyeva məruzəni təqdim edib.

O bildirib ki, məktəbəqədər təhsil müəssisələrində mövcud yerlərin sayı tələbatı ödəmir: “Birinci sinfə və məktəbəhazırlıq qruplarına qəbulda neqativ hallar qalmaqdadır. Məktəbəhazırlıq qrupuna getməyən uşaqların birinci sinfə qəbuluna qadağa qoyulmasa da, burada problem yaradılır.

Bölgələrdə şəraitsiz məktəblər hələ də qalır. Bakı şəhərinin müxtəlif ərazilərində olan özbaşına tikililərin hüquqi problemləri hələ də həllini tapmayıb. Bu da vətəndaşlara problemlər yaradır. Sakinlərin aldadılmasının qarşısı alınmaq üçün səlahiyyətli orqanlar zəruri tədbirlər görməlidir.

Tikililərin qanuni və ya qanunsuz olması yalnız məhkəmə yolu ilə müəyyən edilməlidir”.