Məktəblər nə zaman açılacaq? – Təhsil naziri

Məhdudlaşdırıcı tədbirlər başlanan zaman ilk olaraq tədris müəssisələri bağlandı.

Eduxeber.az əbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Operativ Qərargahın brifinqində deyib.

Nazir vurğulayıb ki, yumşaldıcı tədbirlər arasında təhsil sektoru ilk sırada ola bilməz:

“Bu müddət ərzində bütün üsullardan istifadə edərək məzmunun şagirdlərimizə çatdırılması əsas məqsədimizdir. Ehtiyac yaranarsa, dərslər yay aylarında da onlayn şəkildə tədris olunacaq. Ola bilər ki, növbəti tədris ilində dərslər məktəblərdə başlasın”.