Mingəçevirdə maşın sürməyi öyrənən qadın 13 nəfəri vurdu – Fotolar + Yenilənib

Mingəçevirdə “Opel” markalı avtomobil piyadaları vurub.

Eduxeber.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə şəhərin Texniki Rezin Məmulatları Zavodunun yaxınlığında baş verib. Məlumata görə, qadın sürücünün idarə etdiyi avtomobil idarəetmədən çıxaraq yolun kənarında olan piyadaları vurub. Aralarında 7 azyaşlı olan 10-a yaxın piyada xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır. 

***

Mingəçevirdə baş vermiş qəzanın təfərrüatı bəlli olub. Belə ki, şəhər sakini Elnarə Abdullayeva Ramazan bayramı münasibətilə həyətində süfrə açıb. Süfrə arxasında azyaşlılar da olub. Həyat yoldaşı tərəfindən avtomobil sürməyi öyrənən qadın idarəetməni itirib və masa arxasındakı insanları vurub. 

***

Mingəçevirdəki qəza zamanı 10-u uşaq olmaqla 13 nəfər yaralanıb. Uşaqlardan 4-nün vəziyyəti ağırdır.