Naxçıvan Dövlət Universitetində növbəti onlayn elmi seminar Pedaqoji fakültədə keçirilmişdir.

26 aprel 2020-ci il tarixdə Naxçıvan Dövlət Universitetinin Pedqqoji fakültəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Məktəbəqədər təhsilin pedaqogikası və metodikası” kafedrasının müdiri, pedaqogika üzrə elmlər doktoru, professor Müseyib İlyasovun iştirakı ilə “Müasir dərs və ona verilən tələblər” mövzusunda onlayn elmi seminar keçirilmişdir. Seminarda fakültənin müəllim və tələbə heyyəti olmaqla 50 nəfər iştirak etmişdir. Elmi seminarı giriş sözü ilə Pedaqoji fakültənin dekanı, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vəli Əliyev açmışdır. Daha sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Məktəbəqədər təhsilin pedaqogikası və metodikası” kafedrasının müdiri, pedaqogika üzrə elmlər doktoru, professor Müseyib İlyasov “Müasir dərs və ona verilən tələblər” mövzusunda geniş məruzə ilə çıxış etmişdir. Sonda isə mövzu ətrafında çıxışlar olmuş, müəllim və tələbələri maraqlandıran suallar cavablandırılmışdır.