Onlayn “Vikipediya” təlimlərinə maraq artır

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının onlayn “Vikipediya” təlimlərinə maraq artır.

Eduxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, onlayn “Vikipediya” təlimlərində bu dəfə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələri iştirak ediblər. Təlimdə könüllülərə “Vikipediya” haqqında və məqalə yaratmaq qaydaları ilə bağlı ətraflı məlumat verilib.

Təlim kitabxananın təlimçisi, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbəsi Fehruz Rzayev tərəfindən keçirilib.

Xatırladaq ki, “Vikipediya” təlimləri davamlı olaraq keçiriləcək. Yeni qrupların təlimlərdə iştirakı gözlənilir.