Şagirdlərin nəzərinə: Yeni proqrama start verildi

Aprelin 25-dən Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Dərsdən sonra” teleproqramına start verilir.

Nazirlikdən bildirilib ki, şagirdlər bu həftədən etibarən hər şənbə saat 12:20-də “Mədəniyyət” telekanalında “Dərsdən sonra” teleproqramını izləyə bilərlər. Burada biliklərə əyləncəli formatda yiyələnməklə yanaşı, incəsənətin müxtəlif növlərinə aid maraqlı tapşırıqlar da yer alacaq.