Sizə Kəlbəcər Ucalığında qocalmaq diləyirik…

Bu gün Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərovun doğum günüdür. Respublika Təhsil Şurasının rəhbərliyi və çoxsaylı üzvləri adından Şahlar müəllimi təbrik edir, möhkəm cansağlığı diləyirik…
Təhsil Şurasının dostu olan, təşkil etdiyimiz bütün tədbirlərdə iştirak edən Şahlar müəllim haqqında, onun şəxsiyyəti, filosofluğu, siyasi fəaliyyəti, milli məfkurəyə bəxş etdiyi töhfələr haqqında çox danışmaq olar.

Şahlar müəllim cəmiyyətdə ümumi və milli maraqları, dövlət mənafeyini şəxsi mənafedən üstün tutmağın yolunu həm dərin fəlsəfi, həm də adi məişət izahı ilə hər kəsin öyrənə biləcəyi səviyyədə beyinlərə həmlə edə bilən ziyalı olaraq yaddaşlarda əbədiləşdi. O, ideya ilə ideologiyanı mütənasiblik və tərs mütənaisblik tətbiqi ilə izah edərək birincidən ikincinin necə törədiyinin fəlsəfi funksiyasını vermiş oldu.
Hörmətli Şahlar müəllim, Sizə can sağlığı, sağlıqlı uzun ömür, Kəlbəcər xoşbəxtliyi arzu edirik.
Doğum gününüz mübarək!