Son kursda təhsil alan oğlanların hərbi çağırışı necə tənzimlənəcək? -Ceyhun Bayramovdan cavab

Son kursda təhsil alan oğlanların hərbi çağırışı necə tənzimlənəcək? –RƏSMİ

Eduxeber.az xəbər verir ki, Təhsil Naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında  Operativ Qərərgahın brifiqində son kursda təhsil alan oğlan tələbələri ən çox narahat edən məsələyə aydınlıq gətirib:

“Son kursda təhsil alan oğlan tələbələr istehsalat təcrübəsində idi. Yaranmış vəziyyətlə əlaqədar bir hissəsi təcrübədən keçə bilmədi.

Hərbi çağırış hər rübün 2-ci yarısında olurdu. Tələbələr təhsil müddətini bitirə bilməsələr bu məsələ müsbət halda həllini tapacaq”