UNEC Dissertasiya şurası fəaliyyətini onlayn davam etdirir

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dissertasiya şurasının onlayn iclası keçirilib.

UNEC-dən Eduxeber.az-a bildirilib ki, iclasda universitetin rektoru, Dissertasiya şurasının sədri professor Ədalət Muradov, şuranın üzvləri və müvafiq struktur rəhbərləri gündəlikdə olan cari məsələləri müzakirə ediblər. Dissertasiya şurasına fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələri almaq üçün müraciət edən iddiaçıların dissertasiya işlərinin qəbul edilməsi və elmi seminara göndərilməsi ilə bağlı müsbət fikirlər səsləndirilib. Həmçinin elmlər doktoru elmi dərəcəsinin alınması məqsədilə işçi komissiya yaradılması barədə müzakirələr aparılıb.

Professor Ədalət Muradov şurada səsləndirilən məsələlərin operativ həlli istiqamətində müvafiq tapşırıqlar verib.