Yevlax şəhər Təhsil Şöbəsinə yeni müdir təyinatı olub.

Eduxeber.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Təhsil naziri Ceyhun Bayramovun əmri ilə bu vəzifəyə Namidə Abbasova gətirilib.

Yeni rəhbər bu təyinata qədər Yevlax rayon Ə.Yolçuyev adına Hacıselli kənd tam orta məktəbin direktoru vəzifəsini tutub.

Qeyd edək ki, N.Abbasovadan əvvəl Yevlax şəhər Təhsil Şöbəsinin müdiri vəzifəsini Xaləddin Niftəliyev tuturdu.